Avrokuboklarda klublarımızın mübarizəsinə sayılı günlər qaldı.
Ölkəmizi Avropada təmsil edəcək 4 klubumuz da toplanışlara start verib.
Son günlər aktivlik aydın sezilir. İndidən dəqiq nəsə şərhv vermək çətindir. Gələnlərin nə qədər fayda verəcəyini meydanda görə bilərik.
Amma işin zahirinə baxaraq, ilk baxışdan ən hazırlıqlı komandamızın "Sabah" olduğunu demək olar.
"Bayquşlar" çempion heyəti bütövlükdə qoruya bildi.
Əlavə olaraq yeni transferlərlə gücləndi.
Yunis Laçabı, Eyden Makkarti, Junior Erivaldo Almeyda kimi yaxşı legionerlər heyətə cəlb olunub.
İcarədə olan Patrik Orfe Mbina ilə müqavilə imzalandı.
Avstriyada əla təlim-məşq toplanışı təşkil olunub.
Rəhbərlik Valdas Dambrauskasın uğurlu olması üçün əlindən gələni yox, bəlkə də gəlməyəni belə litvalı mütəxəssis üçün edib.
İndi qalır avrokuboklarda tarix yazmaq.
Uğur dediyin Konfrans Liqası olmamalıdır.
Məncə, bu komandaya Konfrans Liqası ilə kifayətlənmək yaraşmaz.
Çempionlar Liqasında sona qədər döyüşmək mütləqdir.
Ən pis halda Avropa Liqasının əsas mərhələsindən Azərbaycanı salamlamaq lazımdır.
XANOĞLAN / SPORTİNFO.AZ

