Bölgə təmsilçisində A-dan Z-yə, hər şey burada – Kimlər gedir, kimlər qalır?

21:20 Qəbələ 225
Bölgə təmsilçisində A-dan Z-yə, hər şey burada – Kimlər gedir, kimlər qalır?

Premyer Liqada qalmaq tapşırığının öhdəsindən gələn “Qəbələ” beş futbolçu ilə yollarını ayırdığını bəyan etdi.

İbrahima Sanqare, Turan Manafov və Rüfət Əhmədovla başa çatan mqavilələr yenilənmədisə, Rza Cəfərovla Sambu Sissokonun icarə müqaviləsi uzadılmadı.

Azarkeşləri maraqlandıran əsas sual ötən mövsüm Kaxaber Tsxadadzenin sərəncamında olan futbolçulardan kimlərin növbəti “futbol ili”ndə Qəbələ təmsilçisinin şərəfini qoruyacağıdır.

Yerli oyunçuların hamısı ilə müqavilə davam edir. Yalnız Səlahət Ağayevin sözləməsinin müddəti başa çatıb ki, 1 illik yenilənmə nəzərdə tutulub Üstəlik, “Şamaxı”da icarə əsasında top qovan Emil Süleymanov da bölgə təmsilçisinin sıralarında olacaq.

Legionerlərə gəlincə, İsaak Amoah, İsmaheel Akinade, Prins Ovusu, Paulo Quimbila və Xayme Syerra növbəti mövsümdə də “Qəbələ”yə məxsusdur. Onlardan yalnız Quimbilanın ayrılığı gözləniləndir.

Eduardo Kunde “qırmızı-qaralar”la ötən yay 1+1 şərti ilə anlaşmışdı. Oyun sayı yetərli olduğundan, qalması mümkündür. Lakin son qərarı Tsxadadze verəcək.

Seydina Keyta iyunun 1-dən azad agemt statusuna sahibdir. Karyerasını hansı klubda davam etdirəcəyi hələ ki, bilinmir. Baş məşqçinin qərarı həlledici olacaq.

Hazırda klub rəhbərliyini narahat edən əsas məsələ Adriel Ba Lua ilə Domi Massumonun klubdakı gələcəyidir.

Hər iki futbolçuya başqa klublardan təkliflər olduğundan, “Qəbələ”dən əvvəlkindən çox pul tələb edirlər. Hazırda hər ikisi ilə danışıqlar davam edir.

Ba Luanı saxlamaq çətin görünsə də, Massumonun azı 1 il qırmızı-qara formanı geyinəcəyi real görünür.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti