Millinin müdafiəçisi yeni müqavilə bağladı - İKİİLLİK

00:40 Qəbələ 165
Millinin müdafiəçisi yeni müqavilə bağladı - İKİİLLİK

“Sabah” müdafiəçi Tellur Mütəllimovla yeni müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2 ildir.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tellur 2022-ci ildən “Sabah”da çıxış edir. Azərbaycan millisinin də üzvü olan futbolçu Masazır təmsilçisində ümumilikdə 102 oyun keçirib.

O, “Sabah”ın heyətində 1 dəfə Azərbaycan çempionu, 2 dəfə isə ölkə kubokunun sahibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti