“Əsas hədəfimiz yenidən Premyer Liqaya vəsiqə qazanmaqdır”

02:20 Hadisə 166
“Əsas hədəfimiz yenidən Premyer Liqaya vəsiqə qazanmaqdır”

“Karvan-Yevlax” köhnə meydançanın inşa işlərini ilin sonunadək bitirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a bölgə təmsilçisinin icraçı direktoru Elvin Əjdərli məlumat verib.

“Təbii örtüklü meydança təxminən 2000 nəfər üçün nəzərdə tutulur. Məqsədimiz ilin sonunadək tikinti işlərini başa çatdırmaqdır.

Bildiyiniz kimi, bəzən hava şəraiti də işlərin ləngiməsinə səbəb olur. Həmin arenada rəsmi oyunları da qəbul edə biləcəyik”, - o deyib.

Klub rəsmisi yeni mövsümlə bağlı hədəflərdən də danışıb. O bildirib ki, komanda I Liqada da Premyer Liqa səviyyəsinə uyğun kollektiv formalaşdırmağa çalışacaq.

“Əlbəttə ki, əsas hədəfimiz yenidən Premyer Liqaya vəsiqə qazanmaqdır”,- deyə E.Əjdərli vurğulayıb.

“Karvan-Yevlax” 2000-ci illərin əvvələrində həmin meydançada rəsmi oyunlar keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!
24 İyun 03:40 Burada görüşdülər
24 İyun 03:00 Toyları harada olacaq?