Hacıqabul, Şirvan, Masallı, Cəlilabad, Biləsuvar və Salyanda idman zonaları açıldı

05:10 Digər növlər 73
Hacıqabul, Şirvan, Masallı, Cəlilabad, Biləsuvar və Salyanda idman zonaları açıldı

Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən "Sağlam məhəllə" layihəsi çərçivəsində iyunun 24-də Hacıqabul, Şirvan, Masallı, Cəlilabad, Biləsuvar, Salyan şəhərlərində idman zonaları istifadəyə verilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən bildirilib.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, müvafiq rayonların icra hakimiyyətlərinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, sakinlər və gənc idmançılar iştirak ediblər.

Hər bir sağlam məhəllədə minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. F.Qayıbov idman qurğularında məşq edən uşaqlarla söhbət edib.

İndiyədək Bakıda və müxtəlif rayonlarda 17 "Sağlam məhəllə" layihəsi icra edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 03:40 Burada görüşdülər
24 İyun 03:00 Toyları harada olacaq?