800 min avro “Qarabağ” rəhbərliyini qane eləmir - Bu keçid üçün

24 İyun 19:20 Qarabağ 1 391
800 min avro “Qarabağ” rəhbərliyini qane eləmir - Bu keçid üçün

Türkiyə Superliqasının debütantı “Çorum” “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçlə anlaşıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Ağdam təmsilçisi ilə yeni müqavilə məsələsində anlaşa bilməyən monteneqrolu bu yay komandasını dəyişmək qərarına gəlib. Hətta 31 yaşlı orta sahə oyunçusunun “Çorum”la ilkin sözləşməni razılaşdırdığı da bildirilir.

İndi qalır klubların ortaq məxrəcə gəlməsi. “Çorum” keçidi 800 min avroya həll etməyə çalışır. Lakin “Qarabağ” rəhbərliyi aparıcı oyunçusunun satışından daha yüksək gəlir əldə etmək niyyətindədir.

Yankoviçin “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir. Dünən Yankoviçin komandada qalacağı barədə xəbərlər yayılmışdı.

480549212 1 - Futbolinfo.az

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM