“Mənim üçün əsas olan pul yox, inam və güvəndir”

02:00 Qəbələ 111
“Mənim üçün əsas olan pul yox, inam və güvəndir”

“Şəfa”nın yeni transferi Murad Musayev üçün inam puldan daha önəmlidir.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı futbolçu paytaxt təmsilçisinə transferi barədə danışıb.

“Klubun düzgün yolda olması və buradakı insanların hamısını tanımağım onlara olan güvənimin və inamımın artmasında böyük rol oynadı.

Təbii ki, klubun da mənə inanaraq bura dəvət etməsi qərar verməyimi daha da rahatlaşdırdı”, - deyə o, report.az-a açıqlamasında vurğulayıb.

Musayev “Şəfa” ilə bir illik müqavilə imzalayıb. Müdafiəçi “Qəbələ”dən ayrılmasının səbəblərini açıqlayıb:

“Uzun illər “Qəbələ”də oynamışam və orada çox gözəl xatirələrim var. “Qəbələ” hər zaman hörmət etdiyim bir klub olsa da, müəyyən səbəblərdən ayrıldım.

Mənim üçün əsas olan pul yox, inam və güvəndir. İstəyimiz düzgün,

sağlam bir komanda kimi formalaşmaq, hər oyunda əlimizdən gələnin ən yaxşısını ortaya qoyaraq inkişaf etməkdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!
12 İyun 01:50 "Qarabağ"dan 3 XƏBƏR