Azərbaycan millisinin üzvləri ilə söhbət etdilər

04:00 Cüdo 69
Azərbaycan millisinin üzvləri ilə söhbət etdilər

Yeniyetmələr arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu, prezidentin müşaviri Natiq Bağırov və yığmaların məşqçi heyəti iştirak edib.

Görüş zamanı federasiya rəhbərliyi idmançılara olan etimadını ifadə edərək, onların qitə birinciliyində uğurlu çıxış edəcəklərinə inandığını bildirib. Cüdoçulara qarşıdakı yarışla bağlı tövsiyələr verilib, məsuliyyətli mübarizə aparmalarının vacibliyi vurğulanıb.

Yeniyetmələr arasında Avropa çempionatı iyunun 29-dan iyulun 2-dək İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək. Azərbaycan millisi qitə birinciliyində fərdi yarışlarda 12 çəki dərəcəsində 17 idmançı (10 oğlan, 7 qız) ilə təmsil olunacaq.

Yığma turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı