Mərakeş Haitini məğlub etdi, qrupda ikinci yeri tutdu - DÇ-2026

Mərakeş Haitini məğlub etdi, qrupda ikinci yeri tutdu - DÇ-2026

Dünya çempionatında Mərakeş Haitini məğlub edib.

Sportinfo.az xəbər verir ki, Atlanta stadionunda keçirilən C qrupunun III turunun matçında Afrika təmsilçisi 4:2 hesablı qələbəyə sevinib.

Mərakeşin heyətində Əşrəf Hakimi (39), İsmael Sayberi (45+1), Sufiyan Rahimi(78) və Casim Yasin (89) qol vurublar. Haitidə isə Lenni Jozef (10) və Vilson İzidor (43) dəqiq oynayıblar.

Bu qələbə sayəsində Mərakeş 7 xalla C qrupunu ikinci tamamlayıb. Xalsız olan Haitinin isə qrupdan çıxmayacağı daha əvvəldən dəqiqləşmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 03:40 Burada görüşdülər
24 İyun 03:00 Toyları harada olacaq?