Yeni transfer ilk müsahibəni “Sportinfo”ya verdi, iki nəfərin adını çəkdi

20:40 Müsahibə 289
Yeni transfer ilk müsahibəni “Sportinfo”ya verdi, iki nəfərin adını çəkdi

“Zirə” mövsümlərarası fasilə dönəmində ikinci transferini gerçəkləşdirdi.

“Qartallar”ın aparıcı simalarından olan qapıçı Tyaqo Silvanın gözlənilməz ayrılığından sonra “çərçivə”ni Maykon Kleyton qoruyacaq.

27 yaşlı kiperlə 2 illik müqavilə bağlanıb.

“Zirə”nin “Qarabağ”la yoxlama matçını izləyənlər arasında Kleyton da var idi. Braziliyalı əlcək sahibi agenti ilə birlikdə oyuna baxır, hər iki komandanın əksər legionerləri ilə isti münasibətdə olduğunu görünürdü.

Azərbaycanda ilk müsahibəni Sportinfo.az-a verən Maykon sualları cavablandırdı.

- Azərbaycana xoş gəlmisən. Yeni klubunda uğurlar arzulayıram.

- İsti münasibətiniz üçün təşəkkür edirəm. “Zirə”yə faydalı olmaq üçün buradayam. Birlikdə yaxşı işlər görəcəyik. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam.

- Azərbaycan adı sənə nə deyir?

- Futbol sferasından mənə tanış addır. Daha çox futbol mövzusunda eşitmişdim.

- Azərbaycanda oynayan hansı futbolçularla şəxsən tanışsan?

- “Qarabağ”da çıxış edən Kamilo Duran və Samuel Lobato ilə şəxsən tanışam. 2 il əvvək Duranla, ötən mövsüm Lobato ilə “Portimonense”də komanda yoldaşı olmuşam. Bir neçə braziliyalı da var ki, onları Braziliyadan və Portuqaliyadan tanıyırdım.

- “Zirə”dən təklif alanda yəqin ki, zəng edib maraqlandığın futbolçular olub.

- Belə hallar futbolda normaldır. Yeni ölkəyə gedirsənsə, müəyyən məlumatlar toplayırsan. Belədə köməyinə kim çatır? Təbii ki, daha öncə həmin çempionatda oynamış və ya oynayan futbolçular. Nə yalan deyim, mənim də bəzi suallarım olduğundan, əlaqə saxladığım tanışlarım oldu.

- “Zirə” də daha öncə Portuqaliya Sequndasında oynamış Tyaqo Silvanı əvəz edəcəksən. Onunla şəxsi tanışlığın var? Hər hansı söhbətiniz oldu?

- Son iki mövsümü Portuqaliyada keçirmişəm. Yəqin ki, həmin müddətdə o, “Zirə”də çıxış edib. Ona görə də şəxsi tanışlığımız yoxdur. Eyni dövrdə eyni liqada oynasaydıq, mütləq tanıyardım.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti