“Qarabağ”ın bu satışdan 4-5 milyon avroluq gəlir əldə etməsi gözlənilir

24 İyun 09:00 Qarabağ 1 856
“Qarabağ”ın bu satışdan 4-5 milyon avroluq gəlir əldə etməsi gözlənilir

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andradenin Ukraynanın “Polessye” klubuna transferi hər an rəsmiləşə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, 26 yaşlı vingerin keçidi məsələsində klublar arasında danışıqlar, demək olar ki, yekunlaşıb.

Tərəflər hazırda yalnız transferin xırda detallarını müzakirə edirlər. Andradenin Ukraynaya köçməsi nəticəsində “Qarabağ”ın təxminən 4-5 milyon avroluq gəlir əldə etməsi gözlənilir.

Leandro Andrade 2022-ci ildən “Qarabağ”ın formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM