“Mənim üçün böyük, hətta deyərdim ki, zəngin təcrübə oldu. və bu təcrübə karyeramın inkişafına töhfə verəcək”.
Bu sözlərin Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi İsaak Amoah deyib.
Qanadan olan müdafiəçi karyerası ərzində müxtəlif ölkələrdə və klublarda top qovsa da, ən üst liqa səviyyəsində Premyer Liqa onun üçün yeni təcrübə oldu.
Çünki indiyə qədər yalnız Portuqaliya və Polşanın aşağı dəstələrinin həyəcanını hiss etmişdi.
25 yaşlı mərkəz müdafiəçisi “Qəbələ”də keçirdiyi 2025/26 mövsümünü karyerası üçün ciddi irəliləyiş hesab edir:
“Mənim üçün böyük təcrübə oldu. Premyer Liqa həqiqətən ən yüksək səviyyədir.
Burada rəqiblər səni daha çox səhv etməyə məcbur edir və yol verdiyin xətaları görmək imkanın olur.
Sabah” və “Qarabağ” kimi komandalara qarşı oynamaqdan, səviyyəli və təcrübəli futbolçulara qarşı mübarizə aparmaqdan zövq almamaq mümkün deyil.
Oyunların sürəti, intensivliyi, düşünmə tezliyi – hər biri ən yüksək səviyyədədir.
Bu mənada “Neftçi”, “Zirə”, “Turan Tovuz” və digər rəqiblərin adını çəkmək olar. Azərbaycanda olduğum 1 il mənə böyük təcrübə qazandırdı.
“Qəbələ”də qalmaq xoş olar. Lakin qərarı baş məşqçi və klub rəhbərliyi verəcək”.
İsaak Amoah başa çatan mövsümdə “Qəbələ” formasında 33 matçda 1 qol və 1 assistlə yadda qalıb.
HƏBİB

