“Mən öz oyunum, öz sürətim ilə gəlirəm, sonda qalib gələcəm”

04:30 Digər növlər 86
“Mən öz oyunum, öz sürətim ilə gəlirəm, sonda qalib gələcəm”

“Rafael Fiziyevi bir sözlə təsvir etməli olsam, deyərdim ki, o təcrübəli döyüşçüdür. Döyüşümüz çox həyacanlı olacaq”.

Sportinfo.az xəbər verir ki, bunu “UFC Fight Night Baku” turnirinin əsas döyüşününün iştirakçısı Manuel Torres mətbuat konfransında deyib.

Meksikalı Rafail Fiziyevlə hazırlıq barədə fikirlərini bölüşüb:

“Düşünürəm ki, Rafael mənim ssenarimi görməyib. Mən öz oyunum, öz sürətim ilə gəlirəm. Və sonda qalib gələcəm. Böyük döyüş olacaq”.

Torres Bakıda ilk dəfə olması ilə bağlı da fikirlərini bölüşüb:

“Bakı çox gözəldir çox gəzmək imkanım olmadı. İnsanları yaxşıdır. Bir neçə gündə bu şəhəri tanımaq imlanım olacaq.

Buradakı insanların enerjisi çox gözəldir. Bu, mənə çox yaxşı təsir bağışlayır. Ona görə də azərbaycanlı azarkeşlərə təşəkkür edirəm”.

Torres Meksikanın DÇ-2026-ya ev sahibliyi etməsilə bağlı da suala cavab verib:

“Tədbirin təşkil olunması çox yaxşıdır. İlk oyuna baxa bilmədim. İnsanlarln bayram etməsindən, küçəyə çıxmaslndan görürəm ki, hər kəs bayram ab-havasındadır".

Qeyd edək ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 03:40 Burada görüşdülər
24 İyun 03:00 Toyları harada olacaq?