Azərbaycan çempionu Portuqaliya klubundan müdafiəçi transfer etdi

13 İyun 00:30 Qəbələ 1 440
Azərbaycan çempionu Portuqaliya klubundan müdafiəçi transfer etdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı müdafiəçi Junior Erivaldo Almeyda ilə 3 illik müqavilə bağlanıb. 26 yaşlı futbolçu Portuqaliyanın “Maritimu” klubundan transfer edilib.

Mərkəz müdafiəçisi karyerası ərzində Braziliyanın “Novorizontino” (2020-2023), “Katanduva” (2021), “Votuporanguense” (2022), Portuqaliyanın “Eştrela Amadora” (2022-2023) və “Maritimu” (2024-2026) komandalarında oynayıb.

"Sabah" bundan əvvəl Yunis Laçabı və Eyden Makkartini də transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!