Dünya çempionatında B qrupunun III turunda Bosniya və Herseqovina və Qətər yığmaları üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, qarşılaşma Bosniya və Herseqovinanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 29-cu dəqiqədə Kerim Alaybegoviç açıb. 34-cü dəqiqədə Edin Ceko fərqi iki topa çatdırıb.
Qətər 42-ci dəqiqədə Həsən Əl-Haydosun qolu ilə hesab arasındakı fərqi azaltsa da, 81-ci dəqiqədə Esmir Mahmiç Bosniya və Herseqovinanın üçüncü qolunu vurub.

