İyunun 25-də gözlənilən hava şəraiti - Yağış yağacaq

07:00 Gündəm 82
İyunun 25-də gözlənilən hava şəraiti - Yağış yağacaq

İyunun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Gecə yarımadanın ayrı-ayrı yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var.

Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-27° isti olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 03:40 Burada görüşdülər