Çörək və hot-doqlar satışa çıxarıldı - Messinin şərəfinə

24 İyun 15:20 Hadisə 603
Çörək və hot-doqlar satışa çıxarıldı - Messinin şərəfinə

Argentinada milli komandanın kapitanı Lionel Messinin şərəfinə xüsusi çörək və hot-doqlar satışa çıxarılıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, çörəklərin üzərinə Messinin təsviri həkk olunub.

Bundan başqa, Argentina bayrağının rənglərinə uyğun hazırlanmış sendviçlər də alıcılara təqdim edilir.

Hot-doq və sendviçlərin bulka hissəsi mavi rəngə boyanıb. Ortadakı ağ zolaq pendir və digər ərzaqlarla formalaşdırılıb, xardal isə Argentina bayrağındakı günəşi simvolizə edir.

Məhsullar Argentinada xüsusi qiymətlərlə satışa çıxarılıb. Bu təşəbbüs Messinin qırdığı rekordlara həsr olunub.

Argentina millisinin lideri DÇ-2026-nın qrup mərhələsinin ilk iki turundan sonra vurduğu 5 qolla turnirin ən sərrast futbolçusudur.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM