"Bunu hər kəs etiraf edir ki, "Qəbələ" gözəl futbol oynayırdı”.
Bunu Sportinfo.az-a açıqlamasında “Qəbələ”dən ayrılan müdafiəçi Murad Musayev deyib.
Kapitan Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən son anda gəlmələrinin səbəblərindən danışıb:
“Pley-off oynamalı olduq. Məncə, əsas səbəb epizodları dəyərləndirə bilməməyiz oldu.
Hansı ki, hər oyun ən azı iki-üç real qol imkanımız olurdu. Bunları dəyərləndirə bilsəydik, heç pley-off oynamayacaqdıq.
Hətta çempionatı yaxşı yerdə bitirə bilərdik. Bu da təcrübəsizlikdən irəli gəlir.
Ön xətdəki bəzi oyunçularımız gəncdir. Bu da normal haldır.
Gənclərimizin inkişafı üçün belə şeylər lazımdır. Amma gələcək üçün yaxşı olar.
Hər bir halda əsas olan liqada qalmaq idi, bunu da bacardıq. Ümid edirəm ki, “Qəbələ” növbəti mövsüm daha yaxşı olmağa çalışacaq".

