Müqaviləyə xitam verməyə razı oldular - Pulsuz-parasız

11:20 Zirə 258
Müqaviləyə xitam verməyə razı oldular - Pulsuz-parasız

“Zirə” yeni transferi Maykon Kleytonun keçidi üçün xərc çəkməyib.

Sportinfo.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı qapıçı Misli Premyer Liqası təmsilçisinə azad agent kimi keçib.

Düzdür, braziliyalı qolkiperin “Portimonense” ilə müqavilə müddəti davam edirdi.

Lakin Kleyton əsas heyətin daimi üzvü olmadığından, portuqaliyalılar onunla müqaviləyə xitam verməyə razı olublar. Nəticədə qolkiper “Zirə”yə havayı başa gəlib.

Maykon Kleyton “Zirə” ilə 2 illik müqavilə bağlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı