Üç ölkədə legioner həyatı yaşadı, nicatı “Şəfa”da tapdı

24 İyun 11:00 Gündəm 1 695
Üç ölkədə legioner həyatı yaşadı, nicatı “Şəfa”da tapdı

21 ildən sonra Premyer Liqaya qayıdan «Şəfa» siftəni edib.

I Liqanın çempionu olaraq elitaya dönən paytaxt təmsilçisi ilk legioner transferini bitirib.

«Ağ-göylər» Mohamed Medfaini sıralarına qatıb. Fransalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Onun 25 yaşı var. Ərəb kökənli vinger son olaraq «Şarleru»nun formasını geyinib.

Üç il ərzində burada 84 oyuna çıxıb, 14 qol vurub. «Ayaçço»nun yetirməsi indiyədək 3 ölkədə legioner həyatı yaşayıb.

Polşada «Olimpia Qrudziąd», Portuqaliyada «Marítimo» və Tunisdə «Monastir»ın üğurları üçün tər töküb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 22:10 "Neftçi" hücumçu aldı
28 Avqust 18:10 Çək və bizə göndər!