Azərbaycan millisinin sabiq vingeri Ozan Can Kökçünün yeni klubuun adına aydınlıq gəlib.
27 yaşlı yarımmüdafiəçi "Vanspor"a (Türkiyə) keçib. Qonşu ölkə təmsilçisi onunla 2 illik müqavilə imzalayıb.
Ozan Can Kökçünün son klubu Niderlandda "Volendam" olub.
O, buranı sərbəst agent statusuyla tərk eləyib. Çünki komandası elitada qalmaq uğrunda pley-off oyunlarında istəyinə çatmayıb,
“Villem II” ilə ilk matçda 2:1 hesablı qələbə qazanan “Volendam” cavab görüşündə eyni hesabla uduzub.
Əlavə vaxtda qol olmadğına görə qalib penaltilər seriyasında dəqiqləşib. Penaltilərdə daha uğurlu olan “Villem II” qələbə qazanaraq (5:4) Erediviziyaya yüksəlib, “Volendam” isə yeni mövsümdə 1-ci liqada mübarizə aparacaq.
Canla anlaşan "Vanspor" I Liqada mübarizə aparır. Yığmamızın keçmiş üzvünü sıralarına qatan vanlılar indi peşman olub.
Klub rəhbərliyi onu yerli statusu ilə iştirak ərizəsinə daxil etməyi planlaşdırsa da, Türkiyə Futbol Federasiyasından (TFF) gələn cavabdan şok keçirblər.
TFF vingerin Azərbaycan vətəndaşlığını qəbul etməsini əsas gətirərək, "Vanspor"un istəyini geri çevirib. Yəni ki, Can burada oynayarsa, legioner sayılacaq.
SPORTİNFO.AZ

