Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun bacısı Elma Aveyro qardaşını tənqid edənlərə cavab verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Aveyro, 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Özbəkistan millisi ilə keçirilən oyundan sonra sosial şəbəkə hesabında paylaşım edib.
O, Ronaldunun yaşlandığını və komandaya mane olduğunu iddia edənlərə səslənib:
“Onun qocaldığını və meydanda komandaya mane olduğunu deyən bütün tutuquşular haradadır? Meydanda onların hamısının səsini kəsdi”.
41 yaşlı hücumçu Özbəkistanla görüşdə iki qol vuraraq, komandasının qələbəsində əsas pay sahibi olub. Ronaldo qarşılaşmanın ən yaxşı futbolçusu seçilib.
Portuqaliya millisi mundialdakı növbəti oyununu iyunun 28-də Kolumbiya yığmasına qarşı keçirəcək.

