Bütün DÇ-ləri görən 100 yaşlı fanatı siz də görün - FOTOLAR

Bütün DÇ-ləri görən 100 yaşlı fanatı siz də görün - FOTOLAR

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatında növbəti rekordlarına doğru irəlilədiyi vaxt tribunadakı bir azarkeş də milyonların diqqətini cəlb edib.

Sportinfo.az xəbər verir ki, Argentina – Avstriya oyunu zamanı əlində “100 yaşım var. Messi fanatıyam” yazılmış plakat tutan yaşlı qadın qısa müddətdə sosial şəbəkələrin ən çox müzakirə olunan simalarından birinə çevrilib.

Söhbət sosial mediada “Nənə Smit” (“Grandma Droniak”) kimi tanınan 100 yaşlı Polin Kanadan gedir. O, artıq uzun müddətdir ki, “TikTok” və instaqramda fenomen kimi tanınır. Polinin “TikTok”da 24 milyondan, instaqramda isə 4 milyondan çox izləyicisi var.

Argentina millisinin formasını geyinən və Messiyə həsr olunmuş plakat qaldıran Polin Kananın görüntüləri televiziya yayımı zamanı ekrana düşdükdən sonra internetdə sürətlə yayılıb.

Azarkeşlər onun görüntülərini paylaşaraq yüz yaşlı qadını DÇ-nin ən sevilən simalarından biri adlandırıblar.

Bu, Polinin Messiyə sevgisini nümayiş etdirdiyi ilk hadisə deyil. O, daha əvvəl də argentinalı ulduza həsr olunmuş paylaşımlar edərək, hətta zarafatla ona evlilik təklifi edib.

Fenomen nənə dəfələrlə ən böyük arzusunun Lionel Messi ilə şəxsən görüşmək olduğunu bildirib.

2026-cı il dünya mempionatı isə bu arzunu yenidən gündəmə gətirib. Argentina millisinin oyununda tribunadan yayımlanan cəmi bir neçə saniyəlik görüntü 100 yaşlı Messi fanatını turnirin ən yaddaqalan azarkeşlərindən birinə çevirib.



Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı