Xərçəngə qarşı möhtəşəm yenilik - TAPILDI!

07:40 Problem 141
Xərçəngə qarşı möhtəşəm yenilik - TAPILDI!

İsveçrəli alimlər xərçəngin müalicəsində yeni mərhələ hesab edilən texnologiya hazırlayıb.

Bazel Universitetinin tədqiqatçıları biomolekullar və nanohissəciklərdən ibarət modul tipli nanorobot sınaqdan keçirib.

Yeni nanorobotlar dərmanı birbaşa şiş nahiyəsinə çatdırmaqla yanaşı, onu həmin ərazidə sintez etmək imkanına da malikdir.

Qurğu maqnit mühərrikindən və fermentlərlə təchiz olunmuş dəyişdirilə bilən kapsuldan ibarətdir. DNT əsaslı xüsusi birləşdirmə sistemi modulların dəqiq şəkildə yığılmasına və sonradan yenidən istifadəsinə imkan verir.

Alimlərin apardığı sınaqlarda nanorobotlar xərçəng hüceyrələrinin yerləşdiyi nahiyədə toplanaraq 72 saat ərzində şişə qarşı preparat sintez ediblər. Nəticədə xərçəng hüceyrələrinin həyat qabiliyyəti 16 faizə qədər azalıb.

Maqnit modulu sayəsində qurğuların orqanizmdən çıxarılması və təkrar istifadəsi mümkündür.

Kapsulların dəyişdirilməsi isə nanorobotların müxtəlif xəstəlik və məqsədlərə uyğunlaşdırılmasına şərait yaradır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti