"Futbol indidən yaddan çıxıb"

03:50 Digər növlər 106
"Futbol indidən yaddan çıxıb"

“Özümü yaxşı hiss edirəm.

Azərbaycanda döyüşmək böyük motivasiyadır. Səbirsizliklə döyüş gününü gözləyirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri azərbaycanlı döyüşçü Fərman Həsənov “UFC Fight Night Baku” turnirindən öncə mətbuat konfransında deyib.

“Hər şey qaydasındadır. Çəki prosesim də nəzarətdədir. Döyüşə hazıram. Rəqib təcrübəli döyüşçüdür. İnanıram ki, qələbə bizimlə olacaq.

İlk hədəfim UFC-yə düşmək idi. İlk döyüşümdür. Bundan sonra qələbə düşünürəm. Ən maraqlı və ən çətin divizionlardan birindəyəm. Çətin rəqiblər olur. Amma burada ən vacibi öz döyüşünə diqqət etməkdir.

Futbola çox maraqlanmıram. Arada oynayıram. 6-cı gün üçün əsas döyüşü düşünəcəm. Futbol indidən yaddan çıxıb (gülür-red.)".

Fərman Həsənov yarımağır çəkidə ABŞ təmsilçisi Erik Nolanla münasibətlərə aydınlıq gətirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 03:40 Burada görüşdülər
24 İyun 03:00 Toyları harada olacaq?