"Qəbələ" təlim-məşq toplanışına iyulun 4-də başlayacaq.
Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar" hazırlıq prosesini doğma məkanda keçəcək.
Komanda toplanışın startından təxminən bir həftə sonra burada ilk yoxlama oyununu keçirəcək. Ümumilikdə 6 belə matç nəzərdə tutulub.
Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustda start veriləcək.
Mövsümün normal hissəsini 11-ci pillədə başa vuran əyalət təmsilçisi pley-off qarşılaşmasında I Liqanın ikincisi «Mingəçevir»i 2:0 hesabıyla udaraq, çempionatda yerini qoruya bilib.

