Premyer Liqa təmsilçisi çarəsiz qaldı, əcnəbi baş məşqçi ilə yola davam etməli oldu

3 İyun 23:40 Qəbələ 267
Premyer Liqa təmsilçisi çarəsiz qaldı, əcnəbi baş məşqçi ilə yola davam etməli oldu

"Qəbələ" yeni mövsüm də baş məşqçi Kaxaber Tsxadadze ilə yola davam edəcək.

Klub rəhbərliyi bu addımı sevərək yox, məcburiyyətdən atıb.

Kaxaberin qalmasının arxasında iki səbəb durur.

Əldə etdiyimiz məlumata görə, bölgə klubu gələcək planlarını yerli baş məşqçi ilə qurmaq istəyib.

Hətta bəzi yerli mütəxəssislə şifahi danışıq aparılıb.

Lakin razılıq əldə olunmayıb. Siyahı o qədər geniş deyil.

Yeni əcnəbi axtarışı barədə fikir isə olmayıb.

Digər səbəb müqavilə öhdəliyidir. Gürcüstanlı mütəxəssislə qüvvədə olan 1 illik anlaşma var.

Yolların ayrılması üçün hazırkı məşqçilər korpusuna təzminat ödəmək lazımdır.

Bölgə klubu buna hazır deyil. Belədə Kaxaberlə davam etməkdən başqa çarə qalmayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti