Kapitanın müəmmalı gedişinin səbəbi məlum oldu

19:00 Qəbələ 294
Kapitanın müəmmalı gedişinin səbəbi məlum oldu

"Qəbələ" Rza Cəfərov, Sambu Sissoko, İbrahim Sanqare, Rüfət Əhmədov və Turan Manafovun ardınca Murad Musayevlə də yolları ayırdı.

Digərlərindən fərqli olaraq kapitana qapının göstərilməsi təəccüblü oldu.

31 yaşlı müdafiəçi klubun öz yetirməsidir.

Arxada qalan mövsümü də yaxşı keçirmişdi.

Əbəs deyil ki, təcrübəli oyunçu 33 görüşdə forma geyinib.

Belədə gedişi müəmma yaratmaya bilməzdi.

Məsələnin məğzini araşdıranda məlum oldu ki, əslində bölgə klubu Musayevin qalmasında maraqlı olub.

Hətta ona yeni müqavilə təklif edilib.

Sadəcə şərtlər Muradın ürəyincə olmayıb.

Danışıqlar müsbət məcrada keçməyib.

Belədə digər elita təmsilçilərindən yaxşı təkliflər alan "28 nömrə" getmək qərarı verib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti