COP29

Bundan bir az iç, sağlam qal - Təbii ağrıkəsici...

12 İyun 13:50 Araşdırma 924
Bundan bir az iç, sağlam qal - Təbii ağrıkəsici...

İntensiv ağrılardan şikayətçi olmaq əslində qidalanma ilə bağlıdır.

Düzgün qidalanmada isə ən önəmli amil təbii ağrıkəsicilərdən istifadə etməkdir.

Təbii ağrıkəsici dedikdə, söhbət sağlam qarışımlardan gedir. Bu sırada faydalarını saydıqca bitməyən zəncəfil bitkisindən danışmaq lazımdır.

Zəncəfilin tərkibində iltihabı və ağrıları azaltmağa kömək edən gingerol adlı bir birləşmə var. Bu, ürəkbulanma və əzələ ağrısını müalicə etmək üçün istifadə edilir.

Bunun üçün zəncəfilin kökü yaxşıca təmizlənir. Qabığını soymaq da olar, soymamaq da. Sonra incə doğranılır. Hər litr su üçün 2-3 dilim kifayət edir.

Qarışım 5-10 dəqiqə qaynayandan sonra məhlulu süzmək lazımdır. Üzərinə çox olmamaq şərti ilə limon və ya bal əlavə edib hər ağrı olanda qəbul etmək lazımdır.

Bu mövzuda bir çox elmi araşdırmalar bu istifadəni dəstəkləyir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?