Avropa çempionunu öldürən müəllimə 10 il cəza tələbi - QƏTLİN ŞOK TƏFƏRRÜATI!

22 Fevral 2021 12:40 Araşdırma 1 468
Avropa çempionunu öldürən müəllimə 10 il cəza tələbi - QƏTLİN ŞOK TƏFƏRRÜATI!

Şamaxıda qətl törətməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Sportinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 29 yaşlı Orxan Hacıyevin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında qeyd edib ki, istintaq zamanı qətl hadisəsinin mərhumun qanunsuz hərəkətləri nəticəsində törədildiyi məlum olub.

Prokuror həmçinin mərhumun hüquqi varisi Orxan Hacıyevi bağışladığını qeyd edib. Bunları nəzərə alaraq prokuror Orxan Hacıyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Orxan Hacıyevin vəkili prokurorun ağır cəza istədiyini qeyd edib və müdafiə çıxışı üçün vaxt istəyib.

Xatırladaq ki, Şamaxı rayonunda "Yeddi Gümbəz" qəbiristanlığında şəhər sakini 29 yaşlı Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə həmyerlisi 25 yaşlı Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq zərbəsi alan Ruslan Surxayev hadisə yerində ölüb.

Şamaxıda Avropa çempionunu öldürən idman müəllimi həbs edildi

Ruslan Surxayev

Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi işləyirmiş.

Şamaxıda idman müəllimi Avropa çempionunu öldürdü - Təfərrüatlar+Fotolar

Dünyasını dəyişən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub. O, son zamanlar idmanla məşğul olmayıb və kriminal aləmə yaxınlığı ilə diqqət çəkib.

Orxan Hacıyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Digər Xəbərlər
Xəbər Lenti