"Onu transfer etmək istəyən klub müəyyən məbləğ ödəməlidir"

1 Avqust 2020 01:38 Almaniya 905
"Onu transfer etmək istəyən klub müəyyən məbləğ ödəməlidir"

“Bavariya”nın komandadakı gələcəyi müzakirə edilən futbolçusu Tyaqo Alkantara ilə bağlı açıqlama verilib.

Sportinfo.az xəbər verir ki, klubun Direktorlar Şurasının sədri Karl-Haynts Rummenigge, yarımmüdafiəçinin ayrılığını təsdiqləyib:

“Tyaqo komandadan ayrılmaq istədiyini bildirib, biz də bunu qəbul etməliyik. Müqaviləni yeniləmək üçün onunla görüş də keçirdik.

Alkantara ilə bir illik müqaviləmiz olduğu üçün onu transfer etmək istəyən klub müəyyən məbləğ ödəməli olacaq. Bu məbləğ haqqında danışmaq istəmirəm”.

Alkantaranın adı “Liverpul”la yanaşı çəkilir. Məlumata görə, Mersisayd klubu artıq onunla şəxsi razılıq əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır