İki komanda arasında dava düşdü, 8 futbolçu və baş məşqçi diskvalifikasiya edildi

08:50 Hadisə 1 021
İki komanda arasında dava düşdü, 8 futbolçu və baş məşqçi diskvalifikasiya edildi

AFFA U-17 Liqasında kütləvi cəzalar tətbiq edib.

Sportinfo.az xəbər verir ki, AFFA İntizam Komitəsi “Araz-Naxçıvan” və “European FA” komandaları arasında keçirilən oyunda baş verən hadisələrlə bağlı qərarlar qəbul edib.

Noyabrın 21-də baş tutan qarşılaşmada hər iki komandanın futbolçuları arasında dava düşüb. Nəticədə 7 futbolçu müxtəlif müddətə diskvalifikasiya olunub.

“Araz-Naxçıvan”ın futbolçuları Novruz Novruzlu və Hüseyn Hüseynli rəqib oyunçuya zərbə endirdiklərinə görə 3 oyunluq cəzalandırılıblar. Amil Ağayev və Ramal Qədəşiyev isə dava hadisəsində iştirak etdikləri üçün 4 matçı buraxacaqlar.

“European FA”nın futbolçuları Məhəmməd Cəfərli 3, Natiq Allahverdiyev və Rizvan Ağasənov isə 4 oyunluq diskvalifikasiya ediliblər.

Bundan başqa, “European FA”nın futbolçusu Amir Məmmədov ikinci sarı vərəqə alaraq meydandan qovulduğu üçün 1 oyunluq cəzaya məruz qalıb.

Komandanın baş məşqçisi Sənan Hüseynli isə hakimlərə qarşı qeyri-etik ifadələr işlətdiyinə görə 5 oyunluq diskvalifikasiya olunub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!