Azərbaycan yığmasının və «Neftçi»nin müdafiəçisi Rüfət Abbasov karyerasını Avropadan çağırış alması barədə dünən məlumat vermişdik.
Qeyd etmişdik ki, bu ilin yayında «Şamaxı»dan yetirməsi olduğu kluba qayılan və 3 illik müqavilə imzalayan 21 yaşlı gənc «köhnə dünya»dan yeni təklif alıb.
Ona dəvət göndərən isə Polşa təmsilçisidir. Belə ki, «GKS Katovis» millimizin üzvünün xidmətində maraqlıdır.
Ekstraklassanıqn iştirakçısı Rüfətlə 3 illik müqavilə bağlamaq niyyətini ortaya qoyub.
«Neftçi» bu xəbərlə bağlı saytımıza açıqlama verilib.
Mətbuat xidmətindən redaksiyamıza bildirilib ki, qarşı tərəfdən kluba heç bir rəsmi müraciət daxil olmayıb və danışıqlar aparılmır.
GKS Polşa çempionatının 15 həftəsi ərzində 21 xal toplayıb.
Komanda ötən müddətdə heç-heçə etməyib: 7 qələbə və 8 məğlubiyyətlə turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıblar.
SPORTİNFO.AZ
