“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas rusiyalı keçmiş yarımmüdafiəçi Andrey Arşavinlə görüşüb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan klubunun sükançısı Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində “Barselona”ya 1:4 hesabı ilə uduzduqları matçdan sonra onunla söhbət edib.
Litvalı çalışdırıcı Rusiya millisinin və “Arsenal“ın sabiq ulduzu ilə bu qarşılaşmanı müzakirə edib.
Sözügedən görüntüləri təqdim edirik:
