“Çelsi” “Bornmut”un yarımmüdafiəçisi Aleks Skottun transferi üçün maksimum səy göstərməyə hazırlaşır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi yanvar ayında 23 yaşlı futbolçunun transferində israrlı olacaq.
Hazırda Skottun karyerasını davam etdirmək üçün ən real variant məhz “Stemford Bric” (“Çelsi”nin stadionu) hesab olunur.
“Zadəganlar” “Bornmut”u ingiltərəli yarımmüdafiəçini satmağa razı salmaq üçün yüksək məbləğdə təklif hazırlayır. “Çelsi” bu transferlə baş məşqçi Xabi Alonsoya yüksək səviyyədə güvəndiyini də nümayiş etdirmək istəyir.
Skott cari mövsümdə bütün turnirlərdə 7 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
