Dünən Bakıda dubl edən hücumçu həftənin ən yaxşısı seçiləcək?

Dünən Bakıda dubl edən hücumçu həftənin ən yaxşısı seçiləcək?

Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, “Leypsiq”dən Antonio Nusa, “Barselona”dan Entoni Qordon, “Betis”dən Çuço Hernandes və “Real”dan Kilian Mbappe bu mükafat uğrunda yarışacaq.

Ingiltərəli hücumçu E.Qordon ötən gün "Sabah"la Bakıda keçirilən görüşdə (4:1) dubl edib və oyunun ən yaxşısı seçilib. Digər üç namizəd də 5-ci turda dubl müəllifi olub.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 09:00 "Neftçi"dən yeni satış