“Sabah”ın Çempionlar Liqasının 5-ci turunda “Barselona” ilə ev oyununun statistikası açıqlanıb.
Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionunun 1:4 hesabı ilə məğlub olduğu görüşdə ispanların üstünlüyü daha aşkar görünür.
Belə ki, Kataloniya komandasının 25 zərbəsinə “Sabah” cəmi 8 cəhdlə qarşılıq verə bilib. “Barsa” 4 dəfə fərqlənsə də, “çərçivə”yə 13 dəfə düşüb.
Stas Pokatilovun 9 “seyv”i daha böyükhesablı məğlubiyyətin qarşısını alıb.
“Sabah” – “Barselona”
Qollar – 1:4
Zərbələr – 8:25
“Çərçivə”yə zərbələr – 3:13
“Çərçivə”yə düşməyən zərbələr – 4:8
Bloklanan zərbələr – 1:4
Künc zərbələri – 4:6
Oyundankənar vəziyyət – 4:2
Topa sahibolma faizi – 33:67
Ötürmələr – 277:692
Dəqiq ötürmələr – 224:640
Ötürmələrin dəqiqlik faizi – 81:92
Qapıçı seyvi – 9:2
Sarı vərəqələr – 1:0
Cərimə zərbələri – 9:8
