“Çempionlar Liqasında ən pis oyunumuzu keçirdik”

“Çempionlar Liqasında ən pis oyunumuzu keçirdik”

“Şaxtyor” Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda “Fənərbaxça”ya 0:1 hesabı ilə məğlub olub.

Ukrayna təmsilçisinin baş məşqçisi Arda Turan qarşılaşmadan sonra məğlubiyyəti şərh edib.

Sportinfo.az “Bein Sports”-a istinadən xəbər verir ki, türkiyəli mütəxəssis Çempionlar Liqasında ən zəif oyunlarını keçirdiklərini bildirib:

“Rəqibimizi təbrik edirəm. Qələbə qazandıqlarına görə deməli, meydanda bizdən daha yaxşı çıxış etdilər.

Bizə gəlincə, Çempionlar Liqasında ən pis oyunumuzu keçirdik. Belə oyunla qalib gəlmək mümkün deyil.

Ancaq komandamız təslim olmur. Yalnız irəliyə baxacağıq və daha güclü olmaq istəyirik”.

“Şaxtyor” Çempionlar Liqasında 5 turdan sonra 4 xalla turnir cədvəlinin 26-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 09:00 "Neftçi"dən yeni satış