"30 dəqiqə yaxşı oynadıq, ancaq sonra bir şey edə bilmədik"

27 May 19:45 Almaniya 152
"30 dəqiqə yaxşı oynadıq, ancaq sonra bir şey edə bilmədik"

“İlk 30 dəqiqə yaxşı oynadıq, ancaq sonra bir şey edə bilmədik. İkinci hissəyə də yaxşı başladıq. Ən azından 1 xala layiq idik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Dortmund “Borussiya”sının baş məşqçisi Lüsyen Favr Bundesliqanın 28-ci turunda evdə “Bavariya”ya uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

İsveçrəli mütəxəssis artıq lider “Bavariya”ya çatmağın çətin olduğunu bildirib: “Çempionluq mübarizəsi çox çətin görünür. Sona 6 oyun qalıb və liderlə 7 xallıq fərqimiz var. Artıq “Bavariya”ya çatmaq çox çətindir”.

28 turdan sonra “Borussiya”nın 57, “Bavariya”nın isə 64 xalı var.

Xəbər Lenti