Almaniyanın iki klubu “Liverpul”un qapıçısını istəyir

25 May 2020 09:42 Almaniya 830
Almaniyanın iki klubu “Liverpul”un qapıçısını istəyir

Bir müddət əvvəl “Beşiktaş” ilə icarə müqaviləsinə xitam verəən, İngiltərə nəhəngi “Liverpul”a məxsus olan Loris Karius karyerasını vətəni Almaniyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, Bundesliqa təmsilçilərindən “Herta” və “Hamburq” onunla yaxından maraqlanır.

Bu barədə Almaiya mətbuatı məlumat yayıb. Xəbərdə “Beşiktaş”dan ayrılan qolkiperin “Liverpul”a qayıtmaq istədiyi, lakin Premyer Liqa nəhənginin onu heyətində görmək istəmədiyi diqqətə çatdırılıb.

Məhz bu üzdən Almaniya klubları 27 yaşlı qapıçını heyətinə qatmaq üçün danışıqlara başlayıb. “Herta”nın bu transferdə bir addım öndə olduğu da vurğulanıb.

Bunun səbəbi isə klub rəhbərliyinin “Liverpul”dakı həmkarları ilə yaxın münasibətə malik olmasıdır. Kariusun “Liverpul”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi