"Düzünü desəm, elə vəziyyətdəyəm ki, gələcəklə bağlı nəsə düşünmək vaxtı deyil"

22 Mart 2024 10:15 Almaniya 1 088
"Düzünü desəm, elə vəziyyətdəyəm ki, gələcəklə bağlı nəsə düşünmək vaxtı deyil"

Avropa Liqasının 1/8 finalında “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Bayer”in baş məşqçisi Xabi Alonso gələcəyi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis Leverkuzendə özünü xoşbəxt hiss etdiyini deyib.

Alonso hazırda gələcəyi ilə bağlı plan qurmadığını bildirib:

“Burada çox xoşbəxtəm. “Bayer”də işləmək xoşuma gəlir. D

üzünü desəm, elə vəziyyətdəyəm ki, gələcəklə bağlı nəsə düşünmək vaxtı deyil. Əla yerdəyəm və bundan zövq alıram”.

“Bavariya” və “Liverpul”un Xabi ilə yaxından maraqlandığı məlumdur. Hər iki komanda mövsümün sonunda baş məşqçiləri ilə yollarını ayıracaq və Alonso bu vəzifəyə əsas namizəd hesab olunur.

İspaniyalı 2022-ci ilin oktyabrından “Bayer”də fəaliyyət göstərir. Leverkuzen klubu 26 oyundan sonra 70 xalla Bundesliqada lider mövqeyində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM