Məğlubiyyətsizlik seriyası 33 oyuna çatdı - "Qarabağ"ın rəqibinin

25 Fevral 03:30 Almaniya 277
Məğlubiyyətsizlik seriyası 33 oyuna çatdı - "Qarabağ"ın rəqibinin

Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer" rekord göstəriciyə imza atıb.

Sportinfo.az xəbər verir ki, Xabi Alonsonun rəhbərlik etdiyi kollektiv Almaniya Bundesliqasının Bundesliqanın 23-cü turunda "Maynts"ı məğlub edib (2:1).

Bununla da, Leverkuzen klubunun məğlubiyyətsizlik seriyası 33 oyuna çatıb. Nəticə isə klub tarixində rekord göstəricidir.

"Bayer" 33 oyunun 29 qələbə qazanıb, 4 heç-heçə edib. Komanda Bundesliqada 61 xalla liderdir.

"Qarabağ" - "Bayer" matçı martın 7-də Bakıda keçirəcək və görüşə 21:45-də start veriləcək. Cavab oyunu isə martın 14-də Leverkuzendə baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti