COP29

"Zəif oynayıb qalib gələ bilərikmi? Deyərdim ki, mümkün deyil"

25 Noyabr 2023 15:40 Almaniya 363
"Zəif oynayıb qalib gələ bilərikmi? Deyərdim ki, mümkün deyil"

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Mançester Siti” ilə bu gün keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis çətin matç olacağını bildirib:

“Çox şey ola bilər. Zəif oynayıb qalib gələ bilərikmi? Deyərdim ki, mümkün deyil.

“Mançester Siti” ilə bu, demək olar ki, mümkün deyil. Çətin matç olacaq.

Biz çox yaxşı oyun keçirə və qalib gəlməyə bilərik, bu mümkündür. İndi bu komandanın artıq sınaqdan keçirilməsinə ehtiyac yoxdur, hərəkət etdiyimiz yeganə istiqamət yuxarıdır, bu açıq-aydındır”.

“Liverpul” bu gün “Mançester Siti” ilə qarşılaşacaq. Hakimin start fiti saat 16:30-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"