"Mən bu çətinliyin öhdəsindən gələcəyimə inanıram"

23 Sentyabr 00:00 Almaniya 282
"Mən bu çətinliyin öhdəsindən gələcəyimə inanıram"

“Bayern”in sabiq çalışdırıcısı Yulian Naqelsmann Almaniya millisinə baş məşqçi təyin olunmasını şərh edib.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı mütəxəssis bu vəzifəyə təyin olunduğu üçün qürur duyduğunu bildirib:

“Ölkəmiz Avropa çempionatına ev sahibliyi edəcək. Bu, xüsusi bir şeydir, bir neçə onilliklər ərzində baş verən bir şey.

Böyük ölkədə möhtəşəm turnir keçirməliyik. Bu vəzifədə çalışacağım üçün qürur duyuram.

Mən bu çətinliyin öhdəsindən gələcəyimə inanıram. Qarşıdan gələn ildə biz vahid komanda olacağıq”.

Naqelsmannın son iş yeri bu ilin martında tərk etdiyi “Bayern” klubu olub. O, əvvəllər “Leyptsiq” və “Hoffenhaym”ı çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 23:40 "Bəli, məyusluq oldu"