“Həmin futbolçu ödəniləcək pulun qarşılığını verə biləcəkmi?”

11 May 2023 00:10 Almaniya 352
“Həmin futbolçu ödəniləcək pulun qarşılığını verə biləcəkmi?”

“Bayern”in icraçı direktoru Oliver Kan “Napoli”nin hücumçusu Viktor Osimhen barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, nigeriyalı forvard üçün tələb olunan 150 milyon avroluq təklifi dəyərləndirməyi çox böyük risk hesab edir:

“Bu məbləğ haqda danışmazdan öncə bir suala cavab tapmalıyıq: həmin futbolçu ödəniləcək pulun qarşılığını verə biləcəkmi? Buna zəmanət verilir? Çox böyük risk edə bilərik”.

Öncədən Münhen təmsilçisinin keçmiş futbolçusu Lotar Matteus Osimhenin çox bahalı oyunçu olduğunu bildirmişdi.

24 yaşlı Osimhen cari mövsümdə Neapol təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 35 oyuna çıxıb, 28 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti