
“Maynts” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransadan - “Strasburq”dan hücumçu Lüdovik Ajorku transfer edib.
28 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin 30 iyununa qədər davam edəcək müqavilə imzalanıb. Almanlar bu transfer üçün “Strasburq”a 6 milyon avro ödəyiblər.
Ajork 2018-ci ildən formasını geyindiyi “Strasburq”da 151 oyunda 51 qol vurub.