İdman direktoru “getmir” dedi – Levandovski qəzəbləndi

28 Aprel 2022 12:00 Almaniya 494
İdman direktoru “getmir” dedi – Levandovski qəzəbləndi

"Bavariya"nın hücumçusu Robert Levandovski klubun idman direktoru Hasan Salihamiciçin açıqlamasından narazı qalıb.

Sportinfo.az xəbər verir ki, Salihamiciç yay transfer pəncərəsində polşalının komandanı tərk etməyəcəyini bildirib.

Levandovski Salihamiciçin açıqlamasından qəzəblənib, çünki futbolçu "Bavariya"nı tərk etmək istəyi barədə dəfələrlə açıqlama verib.

Məlumata görə, hücumçu hazırkı oyun modelindən razı qalmadığı üçün klubdan ayrılmaq istəyir.

Daha əvvəl məlumat yayılmışdı ki, "Barselona" polşalı futbolçunu almaq istəyir və ona hər il vergilərdən əlavə, təxminən 40 milyon avro məvacib ödəməyə hazırdır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”