"Ona dedim ki, sən kiminlə danışıq aparmaq istəyirsən, prezidentlə, yoxsa...?”

14 Sentyabr 2021 12:00 Almaniya 475
"Ona dedim ki, sən kiminlə danışıq aparmaq istəyirsən, prezidentlə, yoxsa...?”

“Bavariya”nın fəxri prezidenti Uli Höness “Barselona”nın maliyyə durumu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Höness “Barsa”nın maliyyə siyasətinin iflasa uğradığını bildirib. O, David Alaba ilə söhbətin detallarını da açıqlayıb:

“Barselona” tamamilə dağılıb. Əgər onlar Almaniyada olsaydılar, indi müflisləşmə ilə bağlı məhkəmə önünə çıxmışdılar. Katalonlar indi heç kim üçün inkişaf nümunəsi deyil.

Bir dəfə David Alaba mənə dedi ki, hələ də “Barselona”da oynamaq istəyir. Ona dedim ki, sən kiminlə danışıq aparmaq istəyirsən, prezidentlə, yoxsa müflisləşmə məmuru ilə?”.

Höness bildirib ki, “Bavariya” pandemiyaya qədər bütün dünya üçün nümunə olub: “Heç kim başa düşmürdü ki, belə sərmayə ilə bu cür uğuru necə əldə etmək olar.

Amma pandemiya bizə də təsir etdi. Azarkeşlərin olmamağı bizi milyonlarla avro ziyana saldı”.

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Barselona” “Bavriya”nı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti