"O, artıq lider və ən yaxşı səviyyəli futbolçulardan deyil" - SƏRT TƏNQİD

21 İyul 2021 00:00 Almaniya 1 019
"O, artıq lider və ən yaxşı səviyyəli futbolçulardan deyil" - SƏRT TƏNQİD

Məşhur almaniyalı sabiq futbolçu Lotar Matteus Avro-2020-dən sonra Almaniya millisindəki karyerasını bitirən Toni Kroos haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, Kroosu tənqid edib:

"Kroosun oyun tərzini bəyənmirəm. Avro-2020 göstərdi ki, futbolda hər şey sürətdən asılı deyil.

Top Kroosun ayağına gələndə bir neçə yaxşı hərəkət edə bilir. Amma Avro-2020-də gördük ki, Kroos topa sahib olanda komandanın oyununun sürətini zəiflədir.

O, artıq lider və ən yaxşı səviyyəli futbolçulardan deyil. Ötən mövsüm də "Real"ın heyətində bir neçə matçda möhtəşəm oynadı. Amma sonradan ümumiyyətlə, görünmədi".

Digər Xəbərlər
Xəbər Lenti