Yoahim Löv "Azərbaycana uçuş lazımdırmı" sualına nə cavab verdi?

2 Mart 2021 19:40 Almaniya 1 984
Yoahim Löv "Azərbaycana uçuş lazımdırmı" sualına nə cavab verdi?

Almaniya millisinin baş məşqçisi Yoahim Löv Avropa çempionatının qitənin 12 şəhərində keçirilməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 61 yaşlı mütəxəssis "Kicker"ə açıqlamasında nüfuzlu yarışın mövcud şəraitdə təşkilinə dair müzakirələrə qatılmaq istəmədiyini deyib.

"Mən "Azərbaycandan Rumıniyaya və ya 12 şəhərə uçuş lazımdırmı? sualını verənləri başa düşə bilərəm. Amma digər tərəfdən bu ölkələrin və bu şəhərlərin hər biri AVRO-2020-nin tərkib hissəsi olmalarından böyük qürur hissi keçirirlər", - deyə Löv vurğulayıb.

Təcrübəli baş məşqçinin fikrincə, bu, yaxın ayların hadisələrinə baxaraq qərar verməli olan UEFA üçün çətin vəzifədir.

2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020 Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərlərində təşkil olunmalıdır.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq